Toy, ad günü, konfrans və ya seminar — qonaq siyahısından başlayaraq qeydiyyata və girişə qədər hər addım bir platformada. Hər qonağa unikal QR bilet SMS-lə göndərin.
Toy planlaşdırıcıları, event agentlikləri və HR şöbələri üçün
Hər qonağa şəxsi mətnlə dəvətnamə. Tədbirin tarixi, ünvanı, xüsusi qeydlər — avtomatik şablon.
Hər qonaq üçün unikal QR kod. Girişdə skaner ilə oxunur, dublikat avtomatik bloklanır.
Vizual redaktorla stol və yer təyini. Qonaq SMS-də stol 5, yer 3 məlumatını görür.
"Gələcəyəm / gəlməyəcəyəm" cavabları real-vaxt izlənir. Son dəqiqə siyahını yeniləmək asandır.
1 gün, 3 saat qabaq avtomatik xatırlatma SMS-i. Qonaqlar unutmasın.
Kimin neçədə gəldiyi, ümumi iştirakçı sayı real-vaxt diaqramlarda göstərilir.
Toy, konfrans və ya şirkət yığıncağı — hamısı eyni axın
Ad, tarix, məkan, təsvir daxil edin. Istəsəniz afişa şəkli yükləyin.
Excel ilə və ya manual — ad, soyad, telefon və xüsusi qeydlər.
SMS mətn şablonu seçin və ya özünüzünkü yazın. QR kod avtomatik əlavə olunur.
Dərhal göndər və ya gələcək tarixə planlaşdır. Bütün qonaqlar eyni anda dəvətnamə alır.
Qapıda QR skaner ilə qonaqları qeyd edin — real-vaxt siyahı panelinizdə görünür.
1sms.az tədbir modulu həm kiçik şəxsi mərasimlər, həm də böyük korporativ tədbirlər üçün hazırlanıb. Fərqli ssenarilərdə təcrübədən keçib:
Ailə tədbirləri üçün də ideal — dostları tez bir zamanda SMS ilə dəvət edin, gələcəkləri anında öyrənin, oturma planını qururun. Hər qonaq öz QR bileti ilə daxil olur.
Azərbaycanda hər kəs WhatsApp istifadə etmir (xüsusilə yaşlılar). SMS isə bütün mobil nömrələrə çatır, internet tələb etmir, 10 saniyə ərzində oxunur. Tədbir üçün SMS daha etibarlı kanaldır.
Tədbir dəvətnamələri haqqında ən çox soruşulanlar
Bəli, platformamız həm korporativ (konfrans, seminar) həm də şəxsi (toy, ad günü, nişan, xatırlama) tədbirlər üçün uyğundur. Qonaq siyahısını idarə edə, hər qonağa unikal QR bilet göndərə bilərsiniz.
Hər qonaq üçün unikal QR kod generasiya olunur və SMS ilə göndərilir. Tədbir günü QR skaneri ilə oxunanda sistem qonağın qeydə alındığını göstərir. İkinci dəfə istifadə mümkün deyil — dublikat qarşısı avtomatik alınır.
Bəli — açıq tədbirlər üçün paylaşılan qeydiyyat linki yarada bilərsiniz. Qonaq ad, soyad, telefon yazır, sistem avtomatik unikal QR bilet göndərir.
Toy və korporativ tədbirlər üçün stol-stul planını görsel redaktorda qurur, hər qonağa hansı stolun neçənci yerində oturacağını təyin edirsiniz. Qonaq SMS-də stol / yer nömrəsini görür.
Bəli, təxirə salınmış SMS ilə tədbirdən 1 gün, 3 saat əvvəl avtomatik xatırlatma göndərmə planlaşdıra bilərsiniz.
Dəvətnamə SMS-də "Təsdiqlə" və "İmtina et" linkləri yerləşir. Qonaq hər hansını seçəndə sistem statusunu avtomatik yeniləyir. Siz panelinizdə real-vaxt "gələcək / gəlməyəcək / qərarsız" siyahılarını görürsünüz.
Toy devetnamesi yaratmaq (toy dəvətnaməsi / online devetname) üçün: 1) qeydiyyatdan keçin, 2) tədbir yaradın (ad, tarix, şadlıq sarayı), 3) qonaq siyahısını Excel ilə yükləyin və ya manual əlavə edin, 4) dəvətnamə mətnini seçin — hər qonağa unikal QR kodlu SMS göndərilir. Oturma planı ilə stol və yer də təyin edə bilərsiniz.
Online devetname (onlayn dəvətnamə) yaratmaq pulsuzdur — yalnız göndərilən SMS-lər üçün ödəyirsiniz. QR bilet generasiyası da əlavə ödənişsizdir. Məsələn, 200 qonaqlı toya SMS dəvətnaməsi göndərmək üçün sadəcə 200 SMS-lik paket alınır. Paketlər müxtəlif həcmdə mövcuddur.
1-2 saat ərzində qonaq siyahısından QR biletə qədər hər şey hazırdır.