Ana səhifəAkt › Təhvil-təslim aktı

Təhvil-təslim aktı — onlayn hazırla

Mal, avadanlıq, sənəd, layihə təhvil verildikdə akt yazılmalıdır. 1sms.az-da hazır şablon var: tərəflər, obyekt siyahısı, miqdar, vəziyyət, tarix — hamısı düz formatda. PDF yüklə, çap et, imzala. Yaxud public form ilə qarşı tərəf onlayn imzasını təsdiq etsin.

Akt yarat ›

Hansı hallarda təhvil-təslim aktı lazımdır?

Mal göndərmə

Toptan satış, anbara mal qəbulu, bir filialdan digərinə daşıma.

Daşınmaz əmlak təhvili

Kirayə, alqı-satqı sonrası açar, sənədlərin təhvili.

Avadanlıq təhvili

İT avadanlıq, ofis texnikası, alət-ləvazimat şirkətə təhvil.

Tikinti tamamlanma

Mərhələnin və ya bütün obyektin sifarişçiyə təhvili.

Sənəd təhvili

Hüquqi sənədlər, müqavilələr, lisenziya bir tərəfdən digərinə.

İşçi dəyişikliyi

Vəzifə tərk edən işçinin əmlak, sənəd, məsuliyyət təhvili.

Akt + müqavilə bağlantısı

Vacib xüsusiyyət: təhvil-təslim aktını mövcud müqaviləyə bağlaya bilərsən. Aktda "MQ-127 nömrəli xidmət müqaviləsinə əsasən..." mətni avtomatik düşür. Müqavilə əsasında iş tamamlandığını sübut edir.

5 dəqiqəyə təhvil-təslim aktı

Pulsuz başla ›