Şablon seç, dəyişənləri doldur, PDF yüklə. Hazır müqavilə şablonları + sıfırdan yaratmaq imkanı. Form və SMS inteqrasiyası ilə qarşı tərəf onlayn doldurur, müqavilə avtomatik yaranır. Microsoft Word, Google Docs sənədlərinə vaxt itirməyə son.
Bütün biznes sənədləri üçün hazır şablonlar — və ya öz şablonunu yarat:
Word-də müqavilə hazırlamaq orta hesabla 25-40 dəq çəkir. 1sms.az-da 5 dəqiqə: şablon seç, formanı doldur, PDF al.
Şirkət adı, VÖEN, IBAN, məbləğ, tarix — hər müqavilədə eyni şeyləri yazmırsan. Bir dəfə şablonda təyin et, hər müqavilədə avtomatik dolur.
MQ-001, MQ-002, MQ-003... şablonda prefiksi təyin et, sistem ardıcıl nömrələrini özü verir. İki müqavilədə eyni nömrə olmur.
Müqavilə şablonunu form ilə birləşdir, link paylaş — qarşı tərəf öz məlumatlarını doldurur, müqavilə avtomatik yaranır. Sənin tərəfindən heç nə yazılmır.
Müqavilə hazır olanda qarşı tərəfə avtomatik SMS gedir: "Hörmətli müştəri, müqaviləniz hazırdır, link: ...". Heç kim "müqavilə nə vaxt gəlir?" deyə yazmasın.
Hər müqavilə kompleks PDF kimi yüklənir — şirkət logosu, başlıq, bəndlər, imza yerləri, rekvizit footer. Birbaşa printer-ə göndərilə bilər.
Hazır şablonlar (xidmət, kira, əmək, NDA və s.) — eyni zamanda öz şablonlarını yarat, komandanla bölüş, illərlə istifadə et.
Hər müqavilədə kim, nə vaxt, hansı dəyişiklik etdi — hamısı log-da. İstənilən anda izləmə. Hüquqi mübahisədə vacib.
Eyni şablon Azərbaycan, Rus, İngilis dilində — qarşı tərəf öz dilində alır. Beynəlxalq müştərilərlə işləyirsənsə, bir saytda hamısı.
| Xüsusiyyət | 1sms.az | Microsoft Word | Google Docs |
|---|---|---|---|
| Hazır şablonlar | ✓ 15+ Azərbaycan üçün | Beynəlxalq, ümumi | Az |
| Avtomatik dəyişənlər | ✓ {{şirkət}}, {{məbləğ}} → avtomatik dolur | ✗ | ✗ |
| Avtomatik nömrələnmə | ✓ MQ-001 → 002 → 003 | ✗ | ✗ |
| Form inteqrasiyası | ✓ Public form → müqavilə | ✗ | ✗ |
| SMS bildiriş | ✓ Avtomatik | ✗ | ✗ |
| Şirkət rekvizitləri (VÖEN, IBAN) | ✓ Hesabda saxlanır | Manuel | Manuel |
| Logo, footer | ✓ Hər PDF-də | Manuel | Manuel |
| Audit log | ✓ | ✗ | Limitli |
| Vaxt itkisi (bir müqavilə) | 5 dəq | 25-40 dəq | 20-35 dəq |
| Qiymət | Pulsuz başla | ~10 USD/ay | Pulsuz (limitli) |
Çoxları bilmir: 1sms.az müqavilə modulunu form və SMS ilə birləşdirə bilərsən. Bu Azərbaycanda heç bir başqa platformada yoxdur. Praktiki nümunə:
Misal: Konsultasiya şirkəti — yeni müştəri qeydiyyatı
Vaxt: Klassik üsulda bu 1-2 saat çəkir (form göndər, gözlə, müqavilə yaz, gözlə, imzala). 1sms.az-da 10-15 dəqiqə. Müştəri xidmətindən razı qalır, sən vaxtını qənaət edirsən.
Pulsuz qeydiyyat. 100 form cavabı + sınaq müqavilələri hədiyyə.
Pulsuz başla ›